Sumqayıtda iki avtomobil toqquşdu

  • 04.07.2020
  • 0

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin "Azərbaycan" küçəsində qeydə alınıb. Belə ki, “50-DK-964” dövlət nömrə nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn “50-DF-321” dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Nə düşünürsən?