Birinci sinifə qəbulla bağlı vacib xəbər

  • 03.07.2020
  • 0

Bakı şəhəri üzrə birinci sinfə şagird qəbulu zamanı qeydiyyat prosesində dəyişikliklər olunub. Artıq bütün valideynlərə övladları üçün məktəb seçimində bərabər imkanlar yaradılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Xəzər Xəbər”ə eksklüziv müsahibəsində məlumat verib. İdarə müdiri bu il yay tətilində məktəblilərin məşğuliyyəti ilə bağlı da danışıb və bildirib ki, uşaqlar üçün virtual dərnəklər təşkil olunub. Rəşad Tağıyev müəllim və direktorların işə qəbulu ilə bağlı məsələlərin də öz həllini tapdığını bildirib. Ötən yayda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəllimlərin işə qəbulu komissiyasına 1442 yer təqdim olunub ki, onların mindən çoxu həmin müsabiqədə tutulub. İdarə müdiri sıxlıq müşahidə olunan ərazilərdə 7 yeni məktəbin tikildiyini bildirib və bu təhsil müəssisələrinin bəzilərinin yeni tədris ilində istifadəyə veriləcəyini deyib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?