1xbet

Məhsul bol, qiymət ucuz, amma müştəri yox

  • 03.07.2020
  • 403 baxış
  • 0

Bərdə rayonunda soğan yığımı aparılır. Məhsul yığılaraq kisələrə doldurulur. Xezerxeber.az-ın məlumatına görə, bu il məhsul bol olduğundan qiymətlər də xeyli aşağıdır. Soğanın sahələrdə 30-35 kq-lıq bir kisəsinin qiyməti 2-3 manat arasında dəyişir. Məhsulun bazarlarda pərakəndə satışı isə 15-25 qəpik arasındadır. Amma qiymət ucuz olsa da, məhsul sahələrdə qalıb. Təsərrüfat sahibləri deyirlər ki, bu il soğanın qiyməti ucuzdur, amma buna baxmayaraq, alıcı tapmaqda çətinlik çəkirlər. Xırda soğanın qiyməti isə daha ucuz olduğundan alıcısı nisbətən çoxdur. Bir kisə xırda soğan 2 manata satılır. Həm məhsulu becərənlər, həm də alqı-satqısı ilə məşgul olanlar deyirlər ki, soğanın ucuzlaşmasına səbəb pandemiya dövründə məhsulun xarici bazara çıxarılmamasıdır. Xüsusilə də toyların olmaması soğana olan daxili tələbatı da xeyli azaldıb. Bundan başqa, sahələrdə eyni vaxtda kütləvi yığımın aparılması da qiymətə birbaşa təsir göstərib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?