Avtomobillə vuruldu və...

  • 03.07.2020
  • 0

Krım Muxtar Respublikasında avtomobillə vurulan piyadanın yerə yıxıldıqdan sonra ayağa qalxıb yoluna davam etmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Simferopol şəhərində qeydə alınıb. Kadrlarda, əlində ərzaq sellofanı olan şəxsin yolu keçməyə çalışdığı və bu zaman arxadan ağ rəngli avtomobilin onu vurduğu görülür. Zərbənin təsirindən yerə yıxılan şəxs heç nə olmamış kimi ayağa qalxaraq yoluna davam edir.

Namiq Musayev

Nə düşünürsən?