Bloqer uduşda qazanılan “Lamborghini” ilə qəzaya düşdü

  • 03.07.2020
  • 0

Hadisənin görüntüləri yayımlanıb. <><><><><><>08:41<><><><><><><> Rusiyanın Sankt-Peterburq şəhərində bloqer bahalı avtomobili ilə qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 2-də axşam saatlarında “Kolomensk” və “Sveçnoqo” küçələrinin kəsişməsində qeydə alınıb. Bu barədə “78” telekanalı məlumat yayıb. Telekanalın məlumata görə, “Renault Logan” markalı avtomobil, yerli bloqer "Batayskdan Diman" ləqəbli Dmitriyu Rudikova məxsus “Lamborghini Huracan”la toqquşub. Zərbənin təsirindən idman avtomobilinin sol qapısı içəri batıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmayıb. Bloqerin sözlərinə görə, “Lamborghini” abunəçilər arasında uduşda qazanılıb və şənbə günü qalibə təhvil verilməsi üçün Moskvaya aparılmalı idi. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?