Bakı şəhər DYPİ tərəfindən Azərbaycan Polisinə həsr olunmuş klip

  • 03.07.2020
  • 0

Dünən Azərbaycan Polisinin yaradılmasının 102-ci ili qeyd olundu. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin hazırladığı klip YPX.AZ-a İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tərəfindən təqdim olunub. Azyaşlı tərəfindən oxunan Azərbaycan Polisinə həsr olunmuş klipdə Polis Günündə təşkil olunmuş tədbirlər və polis əməkdaşlarının təltif olunma görüntüləri də öz əksini tapıb. Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Hazırlanmış həmin klipi sizlərə təqdim edirik:

Nə düşünürsən?