Prezident vəzifədən çıxara, 2 ay sonra qaytara...

  • 03.07.2020
  • 0

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin budəfəki qonağı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov çox maraqlı etiraflar edib. Axar.az xəbər verir ki, T.Əhmədov çörəyinin duzu olmamasından şikayətlənib və bəzilərinə etdiyi yaxşılığa görə peşman olduğunu bildirib. T.Əhmədov vəzifədən çıxan insana münasibətin dəyişməsinə də toxunub. Deyib ki, Prezident adamı vəzifədən çıxara, iki ay sonra isə yenidən qaytara öz yerinə, onda insanların əsl üzü ortaya çıxar. Veriliş bu gün saat 22:00-da Speys TV-də yayımlanacaq.

Nə düşünürsən?