Leyla Əliyevanın sözlərinə yeni mahnı yazıldı

  • 03.07.2020
  • 590 baxış
  • 0

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyevanın ad günüdür. Leyla Əliyeva təkcə ictimai xadim olaraq aktiv fəaliyyət göstərmir, o, həm də yaradıcılıq fəaliyyətilə də məşğuldur - şeir yazır, rəsm əsərləri çəkir. Başqa sözllə, Leyla Əliyeva daxili dünyasını qələm və fırça ilə realizə edir. Onun şeirlərinin mövzuları olduqca fərqli və rəngarəngdir. “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirlər sevinc, fərəh, heyrət, İlahi gözəlliklərə vurğunluq, qüssə, kədər, tənhalıq hislərilə zəngindir. Leyla Əliyeva yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri - ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını səmimi bir şəkildə poeziyaya çevirib. Şeir dünyam, mən səni sevirəm, çünki safsan. Cövhərindən doğmasan, doğrusan, yalanın yox!, - deyə Leyla Əliyeva yazıb. Leyla xanım rəssamlığı barədə fikrini belə bildirir: “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa ir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”. Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, məşhur mahnıların müəllifi Novruz Aslanov Leyla Əliyevanın budəfəki ad günündə onun sözlərinə yeni mahnı bəstələyib. Modern.az saytı xəbər verir ki, "Podari" adlı mahnını Murad Sadıx ifa edir. Qeyd edək ki, Novruz Aslanov bundan öncə də Leyla Əliyevanın şeirlərinə “Esli b zvezdı stupenkami stali” (“Ulduzlar pillə olarsa”), “Noç” (“Gecə”), "Я uydu" (“Mən gedəcəm”), "7 utra" adlı mahnılar bəstələmişdi. Modern.az saytının kollektivi adından Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edirik. Aşağıda bəstəkar Novruz Aslanovun Leyla Əliyevanın sözlərinə bəstələdiyi və Murad Sadıxın ifa etdiyi "Podari" mahnısının səsyazısını təqdim edirik:

Nə düşünürsən?