"Barbi kukla olmaq istəyərdim" - Mina

  • 03.07.2020
  • 0

ARB TV-nin “Show News” verilişi müğənnilər arasında maraqlı sorğu keçirib. Yerli şou-biznes nümayəndələrinə “Hansı əşya olmaq istəyərdiniz?” sualı ünvanlanıb və maraqlı cavablar alınıb. Mehman Əhmədli: “Balta olmaq istiyərdim, bunların başına dəymək üçün”. Lətifə Soyuöz: “Mobil telefon olmaq istiyərdim, çünki indiki zamanda internetsiz qalmazdım və bütün dünyadan xəbərdar olardım”. Günel Ələkbərova: “Qorxulu bir şey olmaq istəyərdim” Məşhurlar arasında ən maraqlı cavablardan biri müğənni Mina Hüseyinin verdiyi cavab olub. “Çox gülməli suladır. Barbi kukla olmaq istəyərdim”.

Nə düşünürsən?