Bu sahələrin fəaliyyətinə icazə verilməyəcək - SİYAHI

  • 03.07.2020
  • 0

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir. Operativ Qərargahdan verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq: ● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; ● muzey və sərgi zallarının fəaliyyəti; ● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); ● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); ● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Nə düşünürsən?