QƏZA: "Volkswagen" müştəri gözləyən "London taksi"sinə çırpıldı

  • 02.07.2020
  • 0

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. YPX.AZ xəbər verir ki, hadisəv Məmməd Araz küçəsi, üzü Azadlıq prospekti istiqamətində, "Avesta Konserni" binasının qarşısında qeydə alınıb. Belə ki, küçə ilə hərəkətdə olan "Volkswagen" markalı avtomobil, sözügüdən binanın qarşısında park halında müştəri gözləyən "London taksi"sinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasada "Volkswagen" markalı avtomobilə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?