"Polis günü" polisləri belə sevindirdilər

  • 02.07.2020
  • 0

2 İyul “Polis günü” münasibətilə “Jurnalistika və İnkişaf Mərkəzinin” təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də Binəqədi, Sabunçu, Suraxanı, Nizami və digər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları təbrik olunub. Xidmət apardıqları ərzilərdə, o cümlədən Rayon Dövlət Yol Polisi Şöbələrində pandemiya dövründə xidmətləri olmuş əməkdaşlara təşəkkürnamələr verilib. “Jurnalistika və İnkişaf Mərkəzinin” rəhbəri Elməddin Muradlı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Avtosfer.az saytının redaktoru Orxan Əli yol polisi əməkdaşlarını təbrik ediblər. Bildirilib ki, istər xüsusi karantin rejimində, istərsə də digər vaxtlarda insanların təhükəsizliyinin təmin olunmasında yol polislərinin müstəsna xidmətləri var. Onlar əhalinin təhlükəsizliyi ilə yanaşı yol hərəkətinin tənzimlənməsi istiqamətində mühüm işlər görüblər. Həmçinin qeyd olunub ki, Bakının Binəqədi, Suraxanı və Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi bütün göstəricilər üzrə Bakı şəhərində ön sıralardadır. Polis əməkdaşları göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. “Sirab” şirkəti tərəfindən təqdim olunmuş hədiyyələr də polis əməkdaşlarına verilib.

Nə düşünürsən?