YPX.AZ Azərbaycan Polisinə təşəkkür edir

  • 02.07.2020
  • 0

Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümüdür. 2 iyul polis işçilərinin peşə bayramı münasibəti ilə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ rəhbərliyinin müraciəti əsasında təşkil olunan aksiyada iştirak edib. Aksiya zamanı karantin dövründə fəal və xidmət zamanı nümunəvi iştirak etdiyinə görə bir sıra polis əməkdaşları "YPX.AZ Media" şirkəti tərəfindən hazırlanmış təşəkkürnamələr ilə təltif ediliblər. Təltif olunan polis əməkdaşları əsasən müxtəlif ərazilərdə, habelə karantin səbəbi ilə qurulan müxtəlif yoxlama-buraxılma postlarındakı yüksək xidmətlərinə görə müəyyən olunaraq polkovnik Vaqif Əsədov və "YPX.AZ Media" şirkətinin rəhbərliyi tərəfindən təltif ediliblər. Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bir daha bütün polis işçilərini "YPX.AZ Media" şirkəti kollektivi olaraq peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirik! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Nə düşünürsən?