Yeni magistral yolun inşasına başlandı

  • 02.07.2020
  • 0

Ələt-Astara-İran sərhədinədək yenilənən yol bu il istifadəyə veriləcək Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır. Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80% yerinə yetirilib. Hal-hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib. Qeyd edek ki, Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Nə düşünürsən?