Pəncərədən atılan zibil 4 yaşlı uşağın başını yardı

  • 02.07.2020
  • 0

Pəncərədən atılan zibil yoldan keçən 4 yaşlı qızın başını yarıb. BiG.AZ-ın RuNews24-ə istinədan verdiyi xəbərə görə, hadisə Rusiya paytaxtı yaxınlığındakı Krasnoqorskda baş verib. Belə ki, yuxarı mərtəbədən atılan zibil paketindən şüşə butulka ailəsiylə yol gedən uşağın başına düşüb. Qız təcili olaraq əməliyyat olunub və hazırda reanimasiyadadır. İlkin məlumata əsasən, zibil 23-cü mərtəbədən atılıb. Həmin mənzildə 7 yaşlı uşağı olan ana yaşayır. Hazırda məsələ polis tərəfindən araşdırılır.

Nə düşünürsən?