Azərbaycanda koronavirus xəstəsinin tükürpədici səs yazısı

  • 02.07.2020
  • 0

AzTV əməkdaşı Samir Nemətzadə koronavirusdan ölüb. İnternetdə onun yaxınlarına göndərdiyi səs yazısı yayılıb. Həmin yazılarda o, müalicə aldığı xəstəxananın şəraitindən şikayət edir. Son məlumata görə, AzTV-nin daha 5 əməkdaşı da koronavirusa yoluxub. Hazırda televiziyada dezinfeksiya işləri aparılır. S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”. Əldə etdiyimiz məlumata görə, ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib. Mərhumun atası Sabir Nəcəfzadə də saytımıza açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb. “Qafqazinfo” məsələylə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevayla əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.

Nə düşünürsən?