Krasov: ABŞ-ın S-400 almaq istəyinin səbəbi

  • 02.07.2020
  • 0

Türkiyədən S-400-ləri satın almaq fikri ABŞ-ın sanksiya siyasətinin artıq fayda vermədiyini göstərir. Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Andrey Krasov deyib. “Onların fikrincə, bu vəziyyətdən çıxmaq üçün işlərin axarında getdiyini göstərmək lazımdır. Böyük ehtimalla, buna görə belə bir təkliflə çıxış ediblər”, - deputat bildirib. O qeyd edib ki, ABŞ sanksiyalarına məruz qalan ölkələr arasında üzünü digər bazarlara və tərəfdaşlıq münasibətlərinə çevirən ölkələrin sayı getdikcə artır: “NATO üzvü Türkiyə də diqqətini Rusiyanın silah bazarına yönəltdi. Çünki bu gün Rusiyanın silah və hərbi texnika bazarı həm qiymət, həm də keyfiyyət baxımından öndədir”. Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın respublikaçı senatoru Con Tyun S-400-ləri Türkiyədən satın almağı təklif edib.

Nə düşünürsən?