"Valensiya" yenə uduzdu

  • 02.07.2020
  • 0

İspaniya La Liqasının 33-cü turunun matçında "Valensiya" "Atletik"i qəbul edib. Offsideplus.az xəbər verir ki, "Mestalya" stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 13-cü və 47-ci dəqiqələrində yarımmüdafiəçi Raul Qarsiya vurub. Qeyd edək ki, "Atletik" bu qələbədən sonra 48 xal yığaraq yarış cədvəlində 7-ci yerə yüksəlib, "Valensiya" 46 xalla 10-cu yerdə qərarlaşıb.

Nə düşünürsən?