DİN əməkdaşları üçün yeni binalar istifadəyə verildi

  • 01.07.2020
  • 0

Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə DİN-in müxtəlif xidmət sahələri üçün inşa edilmiş daha 3 yeni inzibati binanın açılışı olub. Binaların hər birində müasir standartlara uyğun zəruri avadanlıq, inventar, mərkəzi havalandırma, istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılıb, ərazilərində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. Daxili İşlər naziri görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyyələrini verib. General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya bundan sonra da əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.

Nə düşünürsən?