Azərbaycanda restoran sahibi həbs edildi

  • 01.07.2020
  • 0

Bərdədə qonaqlıq təşkil edən şəxslər saxlanılıb. Xezerxeber.az-ın məlumatına görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən qaydaların pozulması hallarına rast gəlinir. Bərdə rayonu ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozub. Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb. Restoranın sahibi məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər. Ağsuda isə avtobusda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər. Rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan mikroavtobusu saxlayıblar. Bu zaman sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib. Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi izah olunub. Sürücü və sərnişinlərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?