Bu sahibkarlara dövlət dəstəyi artırılır

  • 01.07.2020
  • 0

Pandemiyadan zərər çəkən sahibkarların dövlət zəmanətli kredit əldə etmək imkanları genişləndirilir. Artıq onlar onlayn qaydada da müraciət edə bilərlər. Xezerxeber.az-ın məlumatına görə, biznes krediti əldə etmək istəyən sahibkarlar ilk olaraq www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olmalıdırlar. Müvəkkil kredit təşkilatı seçildikdən sonra, biznes-plana uyğun kredit məbləği seçilməli və müraciət təsdiqlənməlidir.Bundan sonra sahibkar "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Samir Hümbətov deyir ki, dövlət zəmanəti verilən kreditin maksimal məbləği və illik faiz dərəcəsi əlverişlidir. Sahibkarların əldə etdikləri kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.Cari ilin 10 mart tarixinə 60 günədək gecikməsi olan sahibkarlar da bu mexanizmdən yararlana bilərlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?