Polis əməkdaşı onları video qeydə alan vətəndaşın üstünə getdi

  • 01.07.2020
  • 0

Polis əməkdaşı onları telefonla video qeydə alan vətəndaşdan çəkiliş etməməyini istəyib və onun üzərinə gedib. YPX.AZ xəbər verir ki, "Toplan itlərə qayğı mərkəzi"nin əməkdaşları polislərin müşaiyəti ilə küçə itlərini toplayarkən vətandaşlardan biri onları video qeydə alıb. Bu zaman polis əməkdaşı "çəkmək olmaz" - deyərək vətəndaşdan çəkiliş aparmamasını tələb edib. Vətəndaş isə "sən kimsən" - deyərək çəkiliş aparmağa davam edib və polisə "get işinlə məşğul ol" - deyib. O an isə polis əməkdaşı avtomobildən enərək vətəndaşın olduğu yerə doğru gedib. Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?