Ançelottinin mətbuat konfransında şok anlar

  • 01.07.2020
  • 0

İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti dediyi sözlərlə gündəmi zəbt edib. Offsideplus.az xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssis təşkil olunan mətbuat konfransında gözlənilməz halla üzləşib. Belə ki, Ançelotti öz futbolçusunu tanımayıb. Jurnalistlərdən biri "Everton"un futbolçusu Luke Qarbuttun klubdakı gələcəyi ilə bağlı Ançelottinin fikirlərini öyrənmək istəyib. Təcrübəli mütəxəssis isə sualdan sonra təəccüblü şəkildə "O kimdir? Bu sual mənim üçün sürpriz oldu. Onu tanımıram" cavabını verib. Luke Qarbutt özü də baş məşqçinin həmin anının videosunu öz "Tvitter" hesabından paylaşaraq, günahın Ançelottidə yox klubda olduğunu bildirib: "Digər oyunçular məşqçinin və klubun onlara hörmətsizlik etdiyini düşünə bilərlər, ancaq bu onun yox, tamamilə klubun günahıdır". Qeyd edək ki, 27 yaşlı Luke Qarbutt hazırda icarə əsasında"İpsviç Taun" klubunda çıxış edir.