Bakıda avtomobildən oğurluq edilmə anı GÖRÜNTÜLƏNİB

  • 01.07.2020
  • 0

Bakıda bir nəfərin səhər saatlarında avtomobildən oğurluq etməsi görüntülənib. YPX.AZ xəbər verir ki, hadisə iyun ayının 28-i, Ziya Bünyadov prospektinin "Xutor" adlanan ərazidən keçən hissəsində qeydə alınıb. Belə ki, səhər saat 06:00 radələrində bir nəfər şəxs yolun kənarında park edilmiş avtomobilə yaxınlaşıb. Əvvəlcə avtomobilin ətrafına fırlanıb, sağa-sola baxıb və avtomobilin qapısını açmağa çalışıb. Nəqliyyat vasitəsinin arxa sağ qapısını açan şəxs avtomobilə əyləşib və 40 dəqiqəyə yaxın bir müddət avtomobilin içində olub. Daha sonra avtomobildən enən şəxs hadisə yerindən uzaqlaşıb. Hadisə ətrafda olan obyektlərin birinin təhlükəsizıik kamerası tərəfindən görüntülənib. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?