Daha bir məşhur həkim koronavirusa yoluxdu

  • 01.07.2020
  • 0

Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxub. Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi, mama-ginekoloq Elnurə Vəliyeva özü bildirib. Süni mayalanma üzrə mütəxəssisin sözlərinə görə, pandemiyanın başlanğıcından o ən güclü qorunan həkimlərdən biri olub. "Maskam hər zaman ağız-burnumu tuturdu. Marketlərdə əlcək mütləq idi. Amma buna baxmayaraq, yoluxdum. Bu virusu tamam başqa donda gözləyirdim - qızdırma, yavaş-yavaş öskürək. Heç də belə olmadı. Halsızlıq, əzginlik, əzələ ağrıları başladı. Düşündük ki, soyuq dəyib, kondisioner vurub. Baş ağrısı, əzələ ağrısı, halsızlıq, yorğunluq, ishal, qarında sancılar, spazm şəklində gözlərdə ayılma hissi, dad və iybilmə qabiliyyətinin itməsi, yüngül qızdırma - 37-37,5. Bunlar hamısı COVİD-19-un əlamətləri ola bilər". "Baku Medical Plaza"nın əməkdaşı olan həkim yoluxduğunu biləndə öncə böyük panika yaşadığını da qeyd edib. Bu 3-4 gün davam edib: "Çünki aylardır dünyanı diz üstə qoyan virus evimin içində idi. Dostlar sağ olsun, onların köməyi ilə ilk stressi ötürdüm. Öncə təcrid olunduq. İşə yoluxduğum haqda məlumat verdim. Əlaqədə olduğum insanlara bildirdim ki, əlamətlər olsa, yubanmadan müalicəyə başlasınlar. Mənim heç ağlıma gəlmədi ki, xəstəliyi gizlədim. Onu ayıb bir hal kimi qəbul edim - hava-damcı yolu ilə yoluxan xəstəlik olduğu üçün hər kəs yaxalana bilər". E.Vəliyeva xəstəliklərinin yüngül formada keçdiyini deyib. Onun sözlərinə görə, virusu ata-anasına, nənələrinə yoluxdurmaması böyük şans olub: "Onlarla görüşməməyə çalışırdıq. Bəlkə də yoluxdursaq, daha ağır fəsadlarla üzləşərdirk".

Nə düşünürsən?