Yük maşını sürücüsü hərəkət iştirakçılarına aşkar təhlükə yaradıb

  • 01.07.2020
  • 0

Yük maşını sürücüsü yükdaşıma qaydalarını pozduğu üçün hərəkət iştirakçılarına təhlükə yaranıb. YPX.AZ xəbər verir ki, 19 BH 753 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü yükdaşıma qaydalarını pozduğu üçün daşıdığı yük yola səpələnib. Belə ki, daş-torpaq qarışımı yük daşıyan sürücü daşıdığı yükün üzərini xüsusi vasitələrlə örtmədiyi üçün nəqliyyat vasitəsinin yük yerindən yola səpələnən daş və ya bərkimiş torpaq parçaları yola səpələnib. Bununlada yolda hərəkət edən hərəkət iştirakçılarına təhlükə yaranıb. Görüntülər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?