Gənclərin maraq göstərdiyi təhlükəli TREND

  • 01.07.2020
  • 0

Son zamanlar gənclər arasında təhlükə yaradan trend məşhurlaşmağa başlayıb. YPX.AZ xəbər verir ki, trenddə əsas meyyar hərəkətdə olan bir avtomobildə əyləşib ayaqlarını yola doğru sallayan gəncə digər bir avtomobilin yaxınlaşması və gəncin həmin nəqliyyat vasitəsinə toxunmasıdır. Belə ki, təqdim etdiyimiz görüntülərdə hansısa bir nəqliyyat vasitəsində əyləşib ayaqlarını yola doğru sallayan gəncə 99 HT 103 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yaxınlaşır və gənc ayaqlarını "Mercedes"in motorxanasının üzərinə qoymağa çalışır. Təbii ki, bu gənclər arasında yayılan maraqlı bir trend kimi görünə bilər. Ancaq bu əməl çox təhlükəlidir və çox ağır nəticələnmə ehtimalı həddindən artıq çoxdur. Gənclər bu kimi maraqlardan uzaq durmalı, nəqliyyat vasitələrini idarə edərkən yol hərəkəti qaydalarına əməl etməli və bunları sosial şəbəkələrdə paylaşaraq kimlərəsə nümunə olmamalıdırlar.

Nə düşünürsən?