Başqasının şəxsiyyət vəsiqəsi ilə icazə alan şəxslər saxlanıldı

  • 01.07.2020
  • 0

Ölkədə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər.

Nə düşünürsən?