Sumqayıtda yanğın: Zəhərlənən var

  • 01.07.2020
  • 141 baxış
  • 0

Sumqayıtda yanğın olub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində 8 saylı yataqxananın 4-cü mərtəbəsindəki mənzildə qeydə alınıb. Yanğın nəticəsində mənzil 20 kvadratmetr sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb. Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltan Soltanov tüstüdən zəhərlənib. Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib. Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Nə düşünürsən?