Azərbaycanlı müğənni koronavirusdan ölməyib - RƏSMİ FAKT

  • 30.06.2020
  • 0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! Azərbaycanlı müğənni, "Ağbaba" qrupunun solisti Faiq Tağıoğlunun ölümünün səbəbi məlum olub. Mərhumun bacısı Səkinə İsmayılovanın verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib. Yəni mərhum koronavirus səbəbindən ölməyib. Qeyd edək ki, ölkə mətbuatında onun koronavirusdan vəfat etməsi barədə məlumat yayılmışdı. Röya İsrafilova Yeni Kanal

Nə düşünürsən?