Xüsusi karantin rejimi daha iki həftə uzadılır? RƏSMİ CAVAB

  • 30.06.2020
  • 0

“Nazirlər Kabineti yanında Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti və diqqəti altında fəaliyyət göstərir”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”. Röya İsrafilova Qəbələ Tv

Nə düşünürsən?