Kür çayında vəziyyət acınacaqlıdır

  • 30.06.2020
  • 26 baxış
  • 0

Kür çayında suyun səviyyəsi getdikcə azalır. Bu isə kənd təsərrüfatında suya olan ehtiyacın ödənilməsi üçün ciddi problemlər yaradır. Xezerxeber.az-ın məlumatına görə, vəziyyətin bu həddə çatması suvarmada istifadə olunan nasoslara da öz təsirini göstərib. Su nasosları artıq 3 gündür ki, işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salır. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, çayın səviyyəsinin bu qədər düşməsinin əsas səbəbi qlobal istiləşmə və yağıntıların miqdarının az olmasıdır. Odur ki, suyun səviyyəsində enmə bundan sonra da davam edə bilər. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə bildirib ki, sudan maksimum qənaətlə istifadə etmək lazımdır. Qeyd edək ki, hazırda Kür çayının səviyyəsi 5-7 metr enib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?