Azərbaycanlı müğənni koronavirusdan ölüb?

  • 30.06.2020
  • 0

Azərbaycanlı müğənni, "Ağbaba" qrupunun solisti Faiq Tağıoğlunun (Ağbabalı) ölümünün səbəbi məlum olub. Mərhumun bacısı Səkinə İsmayılovanın oxu.az-a verdiyi məlumata görə, o, ürək çatışmazlığından və beynində trombların olması səbəbindən vəfat edib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin iyunun 24-də verdiyi arayışdan da görünür ki, 55 yaşlı Ramazanov Faiq Məmmədtağı oğlunun meyiti dəfn olunması üçün qohumlarına təhvil verilib. Yəni mərhum koronavirus səbəbindən ölməyib.

Nə düşünürsən?