1xbet

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır?

  • 30.06.2020
  • 1.6K baxış
  • 0

Şamaxının Göylər kəndinin sakinləri neçə gündür təlaş içərisindədir. Kəndin giriş hissəsinə naməlum şəxs və ya şəxslər tərəfindən atılan tullantılar insanların kabusuna çevrilib. ARB Şəki məsələni araşdırmaq üçün sözügedən ünvana gedib və ətraflı süjet hazırlayıb. “Bura zibil atmaq qadağandır!" Bu xəbərdaredici nişan Şamaxının Göylər kəndinin girişində yazılıb. Buna baxmayaraq, ərazi zibil poliqonunu xatırladır. Bu da azmış kimi naməlum şəxslər tərəfindən sözügedən əraziyə 9 gündür atılan zibil sakinlər arasında təşviş yaradıb. Sakin: “Biz tələb edirik ki, bunu edənlər tapılsın və cəzalandırılsın”. Məsələ burasındadır ki, son bir neçə gündə əraziyə hardan gəldiyi məlum olmayan tibbi tullantılar atılır. Virusla mübarizə apardığımız bir dövrdə, bu cür tullantıların özü də 10 min nəfər sakini olan kəndin ətrafına atılması təhlükəli vəziyyət yaradıb. İstifadəyə yararlı yataq əşyaların atılması tullantıların karantin xəstəxanalarından gətirilməsi iddialarını daha da gücləndirir. Sakin: “30-a yaxın döşək, yorğan, mələfələr, tibbi tullantılar gətirib buraya atılıb. Bu tullantılar bizim kəndə aid deyil. Düşünürük ki, bu tibbi tullantılar, döşəklər və s. koronavirusla mübarizə aparan xəstəxanalara aiddir. Onu da tulantı kimi gətirib bura atıblar”. Sakin: “Biz bununla bağlı çox narahatıq. Hansısa xəstəxanaya aid olan tullantılar gətirib bura atılmamalıdır. Virus günü-gündən daha çox tüğyan edir. Onlar belə etməklə bizim həyatımızı, sağlamlığımızı təhlükə altına atırlar, bizi virusla üz-üzə qoyurlar. Məsələ ilə bağlı kənd sakinləri yerli qurumlara məlumat verib, əraziyə baxış keçirilib. 30-dan çox yataq dəsti, 100-ə yaxın döşək üzü, dəsmallar və digər tibbi ləvazimatların atıldığı məlum olub. Çingiz Kərimov – Göylər kənd bələdiyyəsinin sədri: “İyun ayının 20-də əraziyə tərəfimizdən baxış keçirilib, aidiyyətli orqanlara məlumat verilib. Biz 6 saylı Ekologiya idarəsinə məlumat verdik, oradan nümayəndə gəldi, ərazidə müşahidə və çəkilişlər apardı. Hətta onun buraya gəlməsini kənd sakinləri də görüb, onlar da təsdiqləyə bilər. Gəldikləri nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi də bizdə var”. Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”mövcuddur. Hansı ki, tibbi tullantıların zərərsizləşdirilməsi, idarə edilməsi mexanizminə əsasən, tibbi tullantılar xüsusi torbalarda utilizasiya mərkəzlərinə göndərilməlidir. Göylər kəndinə atılan bu tullantıların təhlükəlilik dərəcəsinə və nə üçün bura atıldığına gəldikdə isə, yəqin ki, aidiyyətli qurumların araşdırması nəticəsini verəcək. Hər halda biz bu məsələni diqqətdə saxlayacağıq.

Nə düşünürsən?