Türkiyə tarixinin ən böyük əməliyyatı…

  • 30.06.2020
  • 0

Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı olan “Bataqlıq” 9 ölkə ilə əməkdaşlıq şəraitində keçirilib. Axar.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. O bildirib ki, əməliyyatlar çərçivəsində 67 nəfər saxlanılıb: “Əməliyyatlar Hollandiya, Belçika, İspaniya, İtaliya, Çili, Ekvador və Braziliya ilə əməkdaşlıq şəraitində keçirilib. Türkiyədə isə 11 şəhərdə əməliyyat aparılıb. Əməliyyatlar zamanı 70 milyon lirə ələ keçirilib. Ümumilikdə isə 500 milyona yaxın bir məbləğdən söhbət gedir. Mütəşəkkil cinayətkar dəstənin iki lideri var. Onlardan biri qırmızı bülletenlə axtarışdadır”. Soylu qeyd edib ki, təxminən 2 ay əvvəl bu əməliyyatla əlaqəsi olan daha bir əməliyyat keçirilib: “Ancaq məxfilik məsələsinə görə bu haqda ictimaiyyətə məlumat verilmədi. Bu, cümhuriyyət tarixinin ən böyük əməliyyatıdır”.

Nə düşünürsən?