14 min insan öləcək -Yeni bəla gəlir

  • 30.06.2020
  • 0

“Minimum 7,3 bal gücündə zəlzələ gəlir. Bunun zarafatı yoxdur. İstanbul kimi binəsinin 60 faizinin zəif olduğu bir yerdə bunun nəticələri böyük olacaq”. Oxu24.com xəbər verir ki, bu sözləri “Cümhuriyyət” qəzetinə müsahibəsində Türkiyə Milli Elmlər Akademiyasının üzvü, professor Naci Görür deyib. Professor “Kanal İstanbul”un Mərmərə dənizi sahillərində canlı seysmik xətlər gördüyünü, bunun da böyük bir sunami ilə nəticələnəcəyini bildirib: “Ölkəmiz zəlzələ ölkələri içində 10-cu yerdədir. Dolayısı ilə tez-tez zəlzələlərin olması təbiidir. Qarşıda daha bir böyük zəlzələ var. Dünyadakı bütün təşkilatların gündəmində İstanbulun gözlədiyi zəlzələ var. Bütün dövlət əhəmiyyətli şəxslər bunu nəzərə alaraq İstanbula gəlir. Bunu NATO da, BMT də bilir”. N.Görür əlavə edib ki, İstanbulda minimum 7,2 bal gücündə zəlzələ olarsa, sadə hesablama ilə, 14 min insanın həlak olacağı proqnozlaşdırılır.

Nə düşünürsən?