Deputat: "Yol polisi saxlayır və hərəkətinə icazə vermir"

  • 29.06.2020
  • 0

#XeberdarOl #AqilAbbas #MillətVəkili “Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”. Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir: “Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”. Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir: “Ancaq bu məsələyə baxarıq”.

Nə düşünürsən?