O videolara baxanların diqqətinə: bu orqanınız kiçilir

  • 29.06.2020
  • 0

Dünyanın müxtəlif bölgələrində insanlar fərqli dildə danışırlar. Onların mədəniyyəti, mətbəxi, hətta, yaşanan hadisəylə bağlı duyğuları da bir-birilə eyni deyil. Lakin, son illərin statistikası bu müxtəlif mədəniyyətli insanların ortaq nöqtələrindən birinin pornoqrafiya izləmək olduğunu açıqladı... İnternet sayəsində pornoqrafiya daha əlçatan olub. Eyni zamanda, “porno” sözü internetdə ən çox axtarılan kəlmələr siyahısındadır. Bəs, pornoqrafiyaya baxmaq insanların həyat tərzinə necə təsir edir? Bəzi yerlərdə pornoqrafiyaya aludə olmaq psixoloji xəstəlik kimi dəyərləndirilir. ABŞ-ın Yuta ştatında siyasətçilər pornoya baxmağı normal cəmiyyət üçün təhdid hesab edirlər. Newcastle (Nyukastl) Universitetindən olan araşdırmaçılara görə, porno izləyənlər müasir dövrdə özlərini virtual dünyanın bir üzvü kimi görürlər. Bu da onların psixologiyasına mənfi təsir edir. Onlar virtual dünyayla real həyat arasındakı naməlumluqda qalır, get-gedə antisosiallığa meyl göstərirlər. Bəzən də etdikləri hansısa pis əməli, zərərli vərdişləri normal qəbul edir, real həyatda ətrafındakıları, ailə üzvlərini onunla razılaşmağa məcbur edirlər. Bu qədər araşdırmalardan sonra elm adamları etiraf ediblər ki, pornoqrafiyanın insan həyatına zərərləri barədə tam dəqiqliklə nəticə əldə etmək, fikir bildirmək mümkünsüzdür. Çünki, hər gün məktəbdə lövhənin qarşısına keçib uşağına dərs keçən müəllimin, yaxud iş yerində müdirinin, lap elə, illərlə tanıdığın əmioğlunun, qonşunun belə porno izləyicisi olub-olmadığını bilmək olmur. Buna baxmayaraq, pornoqrafiyanın insanlarda şiddətə meyl yaradıb-yaratmadığı ən önəmli araşdırma mövzusu olaraq qalır. 1960-cı illərin sonundan etibarən Danimarka, İsveç və Almaniyada pornoqrafiyaya baxmaq qadağası götürülür. 1970-ci illərdə Kopenhagen Universitetində kriminologiya professoru Berl Kutchinsky bir araşdırma başlayır. O, Danimarka, İsveç və Almaniyadakı cinsəl cinayətlərin hesabını aparır. Maraqlı nəticə əldə edir: pornoqrafiya yasağı qaldırılandan sonra bu ölkələrdə cinsəl cinayətlər mühüm dərəcədə azalır, cinsi şiddətə meyl göstərənlərin davranışları yumşalır. 1995-ci ildə bu mövzuda aparılan 24 araşdırmanın nəticələri analiz edildi. Təxminən, 4 min nəfər obyekt seçildi və pornoqrafiyanın onların həyat tərzinə necə təsir etdiyi yoxlanıldı. Məlum oldu ki, porno izləyənlərlə izləməyənlər arasında elə də fərq yoxdu. Yalnız, bu 4 min nəfərin əksəriyyəti “ilk görüşdə kişinin evinə gedən qadın yatağa atılmağa hazırdı” fikrinə qarşı çıxırdı. Onlar ilk görüşdə qadına əl uzadan kişiləri təcavüzkar kimi qiymətləndirirdilər. Beləcə, yenə ponoqrafiya ilə cinsi şiddət arasında əhəmiyyətli əlaqə olub-olmaması sual altında qaldı. Amma, son illərdə izləyicilər özləri də pornoqrafiyanın şiddət tərkibli olmasından şikayət edirlər. Pornoqrafiya haqqında çəkilən sənədli filmlərin birində olduqca maraqlı məsələ önə çəkilib. 1990-cı illərin məhşur porno ulduzlarından biri müsahibə zamanı deyir: “Bizim vaxtımızda sevişmə yataqdaydı. İndikilərin çoxu döyülür, şiddətə məruz qalır və təcavüzə uğrayır. Bu, sevişmə deyil!” Lakin, 2009-cu ildə 80 videonu gözdən keçirən başqa bir araşdırmada porno ilə şiddətə meyllilik arasında heç bir bağ tapılmadı. 2010-cu ildə tədqiq edilən 300 porno videodan 88%-ində qadına qarşı şiddət müşahidə edilsə də, elə həmin videdoakı qadınların özü bu davranışa normal reaksiya verib. Pornoqrafiya ilə biznes kimi məşğul olanlar məhz bu araşdırma nəticələrini əllərində bayraq edərək ayağa qalxır, “pornonun şiddətli cinsəl cinayətlərə səbəb olduğuna dair heç bir elmi sübutun tapılmadığına” diqqət çəkirlər. Kaliforniya Universitetindən Neil Malamuth da pornoqrafiya ilə cinsəl cinayətlər arasındakı əlaqəni müəyyən etməkçün çox araşdırma aparıb. Onun açıqlamasında deyilir ki, “cinsəl şiddətə meylliliyin mahiyyətində pornoya baxmaq dayanmır”. “Porno da siqaret, yaxud alkoqol kimi asılılıqdır. Amma, hər siqaret çəkən, yaxud alkoqol qəbul edən cinayətkar olmadığı kimi, hər pornoya baxan da cinayətkar deyil. Kimsə cinayət törədirsə, səbəbini onun daxilində və həyatının hər köşəsində axtarmaq lazımdır”-deyə Malamuth bildirib. 2014-cü ildə başqa bir araşdırma isə pornonun insan beyninə təsirindən bəhs edir. Berlindəki Max Planck İnstitutundan olan araşdırmaçılar porno izləyən 60 kişinin beyninin ölçülərini götürdü. Onlara porno izləmək vərdişləri haqqında müxtəlif suallar verdilər. Məlum oldu ki, həmin kişilərin beynində zövq mərkəzi kiçilib. Beləcə, onlar hər gün daha çox porno izləməklə zövq almağa ehtiyac duyurlar. İngiltərədə məktəblərdə cinsi xarakterli davranışlara məruz qalan uşaqlarla əlaqədar bir raport hazırlanıb. Həmin raportda 17 yaşlı oğlan uşağının dedikləri ictimaiyyət üçün “SOS” siqnalı sayılıb. Həmin oğlan deyib: “Bir dostum var, sevgilisinin porno ulduzu kimi geyinməsini, onlar kimi davranmasını istəyir. Çünki, pornoya hamının əli çatır. Əlimizdəki telefonla məktəbdə, avtobusda, idman zalında-harda olsaq pornoya baxa bilirik”.

Nə düşünürsən?