İbrahim Tatlısesin yeni sevgilisi üzə çıxdı

  • 29.06.2020
  • 55 baxış
  • 0

İbrahim Tatlıses uzun müddətdən sonra axtardığı sevgisini tapa bilib. Ailə həyatında bəxti gətirməyən türkiyəli ulduz nəhayət ki, Bodrumda keçirdiyi yay tətilində sevgilisi ilə kameralar önünə keçib. Hürriyet.com-un məlumatına görə, Tatlısesin yeni sevgilisi Gülçin Karakayadır. Uzun zamandır eşq yaşadıqları deyilən cütlük əyləncəli anlarını bölüşüb. 68 yaşında yeddi övlad, doqquz nəvə sahibi olan Tatlısesin üçüncü dəfə nikah masasına oturub-oturmayacağı maraq mövzusuna çevrilib.

Nə düşünürsən?