Hərbi Dəniz Qüvvələrinin gəmisi həyəcan siqnalı ilə qaldırıldı

  • 29.06.2020
  • 0

2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib. Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb. Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

Nə düşünürsən?