Bu ölkə Sokotra adasını ələ keçirib – Şok iddia

  • 29.06.2020
  • 0

Sokotra adası bütünlüklə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti altındadır. Axar.az xəbər verir ki, bu sözləri Yəmənin İnformasiya Nazirliyinin müşaviri Muxtar ər-Rahibi deyib. “BƏƏ Sokotranı Yəməndən ayırmağı, növbəti mərhələdə isə orada hərbi baza qurmağı planlaşdırır. Bu ölkə adanın təbii sərvətlərini, bitki, mineral su qaynaqlarını və nadir daşlarını Abu-Dabiyə daşımağa çalışır”, - o bildirib. Sözügedən iddia ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən rəsmi açıqlama verilməyib.

Nə düşünürsən?