Məşhur qırğız müğənni ağır yol qəzasına düşdü

  • 28.06.2020
  • 0

Məşhur qırğız müğənnisi Asel Kadirbekova ağır yol qəzasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bişkekdə baş verib. Məlumata görə, yerli özəl təhlükəsizlik agentliyinin avtomobili, 29 yaşlı müğənninin idarə etdiyi “Toyota Camry” markalı maşına çırpılıb. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Qəza nəticəsində Asel Kadirbekovla birlikdə 3 nəfər xəsarət alıb. Bildirilir ki, ağır xəsarətlər alan Asel reanimasiya şöbəsinə yerləşdirilib.

Nə düşünürsən?