Qızları ölən ailə: Hospital qızımızın meyitini bizə satdı

  • 28.06.2020
  • 0

"Bona Dea İnternational Hospital"da dünyasını dəyişmiş gənc xanım Təbəssüm Məmmədovanın valideyinləri iddia edir ki, onlara artıq xəstəxana xərcləri yazılıb. YPX.AZ məlumat verir ki, ailə 30 min manata qızlarının meyitini onlara satdıqlarını iddia edir. Məmmədov Rövşən Daxili İşlər Nazirliyi əməkdaşı, müharibə veteranı, Qarabağ qazisi olan, dünyasını dəyişmiş Təbəssüm Məmmədovanın atası tələb edir ki, borc tapıb ödədikləri pulu xəstəxana onlara geri qaytarsın. O, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev və vitse prezident Mehriban xanım Əliyevadan onlara yardim etmələrini istəyir. Valideynlər 22 yaşlı gənc balalarını itirdiklərini, ödədikləri məbləğin şişirdilmiş olduğunu deyirlər. Ailə iddia edir ki, dünyasını dəyişən qızlarını əsassız saxlayıb əlavə pul hesablayıblar. Mühafizənin rəisi isə təhqir edərək məcburi pulun ödənməsini istəyib, əks halda meyitin verilməyəcəyini deyib. Onların sözlərinə görə, qızlarının meyiti heç bir saxlanma qaydalarına əməl olunmadan ailəyə 30 min manata verilib.

Nə düşünürsən?