Bakıdakı xəstəxanadan görüntülər - Koronaviruslu xəstələr

  • 28.06.2020
  • 0

Bu geyimi geyinib, bu qapıdan içəri girən kimi aldığın nəfəsin sənin üçün nə qədər önəmli olduğunu daha yaxşı anlayırsan. Artıq hamıya məlumdur ki yoluxanlar arasında tibb işçiləri də var. Onlar belə bir dövrdə əvvəl başqaları üçün çalışırdılarsa indi isə öz nəfəsləri üçün, öz sağlamlıqları üçün mübarizə aparırlar. 10 ildir bu sahədə çalışan 55 yaşlı Qızxanım Qəniyeva da həmin şəxslərdəndir. Artıq virusun mutasiyası baş verir. İndiki xəstələr daha çox ağırlaşırlar. Bu gün cavan, orta yaşlı, qoca demədən hər kəsdə xəstəliyin daha ağır fəsadlarını, ağciyərlərində ikitərəfli pnevmaniyalar müşahidə edilir. Ola bilər ki, bu dəqiqə burada yatan bu xəstələrin bəziləri bu virusa inanıb bəziləri inanmayıb. Burada əsas rol inanıb inanmamaqda deyil. Bəziləri düşünür ki, əşi bu virus olsa da məni tutan deyilki... BAKU.WS Real Tv-nin ATU Tədris Terapevtik klinikasında koronaviruslu xəstələr barədə hazırladığı videonu təqdim edir:

Nə düşünürsən?