Sürücü karantin postunu keçərkən qayda pozuntusuna yol verdi

  • 28.06.2020
  • 669 baxış
  • 0

Sürücü karantin səbəbi ilə qurulan yoxlama-buraxılma postunu keçərkən qayda pozuntusuna yol verib. YPX.AZ xəbər verir ki, hadisə Zabrat şossesində, "SOCAR" yanacaq doldurma məntəqəsinin qarşısında qurulan yoxlama-buraxılma postunda qeydə alınıb. Belə ki, yolda üzü mərkəz istiqamətində sıxlığın olması səbəbi ilə "VAZ" markalı avtomobilin sürücüsü 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks hərəkət zolağına çıxıb və qurulan postu bu formada keçməklə yaranan tıxacdan yayınıb. Sürücünün bu əməli hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?