Avtomobil idarə etməkdə yeni üsul: "Hər kəsin ayağı çöldə"

  • 28.06.2020
  • 0

Sürücü və sərnişinləri avtomobil hərəkətdə olarkən ayaqlarını çölə çıxardıblar. YPX.AZ xəbər verir ki, 99 SS 098 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü avtomobili idarə edərkən yan şüşəni açaraq ayağını avtomobildən çölə çıxarıb və bu formada hərəkətinə davam edib. Ancaq bu hərəkəti təkcə sürücü etməyib. Avtomobil hərəkətdə olan zaman sərnişinlər də ayaqlarını yan şüşələrdən çıxarıb və yollarına belə davam edərək öz düşüncələrinə görə əyləniblər. Bir başqa sərnişin isə gövdəsini demək olar ki yarıya qədər avtomobilin lyuk yerindən çıxarıb. Ani tormozlanma və mümkün olacaq ani manevr zamanı ağır xəsarət ala biləcəklərini düşünmədən bu əməli edən şəxslər, etdiklərini video qeydə alaraq sosial şəbəkədə yayımlamaqla cəmiyyətdə yersiz maraq yaratdıb və pis nümunə olurlar. Bu hərəkətlər təhlükəsizlik baxımından yolverilməzdir. Bu kimi qayda pozuntuları edənlər cəzalandırılmalıdır. Həm qayda pozduqları üçün, həm də cəmiyyətə qayda pozuntularını sərgiləyərək maraq yaratdıqları üçün.

Nə düşünürsən?