İsmayıllıda kombayn çatışmazlığı yaşanır

  • 27.06.2020
  • 0

İsmayıllı rayonunda taxılbiçən kombayn çatışmazlığı yaşanır. Xezerxeber.az-ın məlumatına görə, rayonun Topçu kəndində taxıl əkən fermerlər deyir ki, məhsul biçinə hazırdır, lakin kombayn tapılmır. Sakinlərin sözlərinə görə, taxıl biçilməsə 700 hektara yaxın buğda və arpa sahələrdə məhv olacaq. Həmçinin sakinləri narahat digər məsələ hava şəraitinin qeyri-sabit keçməsidir. Yağıntılar taxıla ziyan vurmamış onlar məhsulu yığmaq istəyirlər. İsmayıllı rayon Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Paşa Məmmədov bildirib ki, taxılın tez yetişdiyi kəndlərdə biçinə başlanıb.Topçu kəndi məhsulun nisbətən gec yetişdiyi yerdir. Rayonda kombayn problemi yoxdur.Onun sözlərinə görə, ehtiyac olduqca digər rayonlardan kombaynlar cəlb olunur. Qeyd edək ki, İsmayıllı rayonu üzrə 30 min 162 hektar taxıl sahəsi var. Rayonun aran zonalarında 10 min hektara yaxın ərazi artıq biçilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?