Sərxoş şəxs 270 minlik “Lamborghini”yə zərər yetirdi

  • 27.06.2020
  • 0

Belarusda sərxoş rusiyalı 270 min manatlıq “Lamborghini”yə zərər yetirib. Avtosfer.az xəbər verir ki, insident paytaxt Minskdə baş verib. Məlumata görə, 26 yaşlı Astraxan sakini, sərxoş vəziyyətdə “Müstəqillik” prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında park edilmiş “Lamborghini” markalı avtomobilə yaxınlaşaraq öncə əlindəki zibil qabı ilə qapının yan şüşəsini qırıb, sonra isə təbii ehtiyacını ödəyərək çəkdiyi siqaret kötüyünün ocağını oturacaqda söndürüb. Polis onu hadisə başında yaxalayıb. Sərxoş bu hərəkətlərini, sosial bərabərsizliyə etiraz olaraq etdiyini dilə gətirib. Dəymiş zərər 75 min rubl (1830 manat) dəyərində qiymətləndirilib. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Nə düşünürsən?