Qarabağla bağlı mədəniyyət tədbirləri

  • 27.06.2020
  • 0

“Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” tədbirləri başlayıb Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib. Tədbir çərçivəsində “Hər anımız Vətən! – desin!” adlı sərginın açılışı olub. Çıxış edənlər Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın tarixi, adət-ənənələri haqqında məlumat verib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun sözlərinə görə, Layihə əsasında Özbəkistanda Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçiril, nəşrlər və filmlər tərcümə, habelə dubliyaj edilməkdə, təqdimatlar reallaşdırılır. Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi layihə çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir şeir müsabiqəsi elan edib. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.

Nə düşünürsən?