Ordumuz Cənubi Qafqazın ən güclüsüdür

  • 27.06.2020
  • 0

Prezident İlham Əliyevin ötən gün Mingəçevirdə "N" saylı hərbi hissənin açılışı zamanı dediyi kimi bu gün Azərbaycan ordusu hər bir vətəndaşın güvən və qürur mənbəyinə çevrilib. Azərbaycan ordusu bu gün Ali Baş Komandanın istənilən əmrini yerinə yetirmək iqtidarındadır. Azərbaycan ordusunun irəlilədiyi reytinq hesabatlarında Ermənistan ordusunun isə adı belə yoxdur. İndi Azərbaycan ordusu nəyinki qafqazın ən güclüsüdür, dünyada qabaqcıl yerlərdədir. Son illər Azərbaycanda ordusunda baş verən dəyişikliklər təkcə yerli ekspertlərin fikrincə deyil, beynəlxalq müdafiə təşkilatlarının hesabatlarında da geniş yer alır. Və bu gün artıq danılmaz fakt budur ki, Azərbaycan ordusu sözdə yox, real gücündə Cənubi Qafqazın ən yaxşısıdır. Bunu Azərbaycan ordusu 2016 aprel və 2018-ci illərdə keçirilən Günnüt əməliyyatları ilə nəinki düşmənə, bütün dünya ictimaiyyətinə açıq şəkil göstərdi, özünü təsdiqlədi. Bu isə ordu quruculuğuna kompleks yanaşmaının nəticəsidir. Belə ki, ordunun döyüş qabiliyyətinin yüksəldilməsində onun müasir silah və texnikaları ilə təhciz edilməsi ilə yanaşı hərbiçərə göstərilən diqqət və qayğı da böyük əhəmiyyət daşıyır. Azərbaycanda hərbi quuluçular üçün hər cür şəraitin yardıldığı çoxlu sayda hərbi hissələr inşa edilib. sovet dövründən qalmış harbi hissələrin isə mütləq əksəriyyəti əsaslı təmir olunub. azərbaycan ordusunda xidmət edən zabit və gizir heyətinin də sosial məişət şəriatinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. onların ailləri ən müasir şəhərciklərdə yerləşdirilib. xidmətdə fərqlənə çoxlu sayda hərbiçiyə mənzil verilib. Millət vəkili Arzu Nağıyev bildirir ki, əsgərin ən müasir şəraitlə təmin olunması hərbçilər üçün böyük psixoloji üstünlükdür. Ordunu güclü edən və onu dünya orduları sırasında reytinqlərdə irəliyə aparan əsas amillərdən biri də hərbi arsenalının gücləndirilməsidir. bu baxımdan isə ermənistanla azərbaycan arasında müqaysiəolunmaz fərq var. Arzu Nağıyev deyir ki, Ermənistan yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərindən sialh alır. onu da kreditlə Azərbaycan ordusunun dünyanın ən müasir və dağıdıcı gücə malik olan silah istehsalçılarından aldığı və öz arsenalının zənginləşdirdiyi bir vaxtda Ermənistan rəhbərliyinin sülhə kölgə salan addımları, bəyanatları bir daha bu məsələdə orduya güvənməyin ən doğru seçimlərdən biri olduğunu göstərir. Azərbaycan ordusunun Bir-birinin ardınca on minlərlə hərbçinin qatıldığı irimiqyaslı təlimlər də məhz buna hesablanıb. Təbii ki sülh yolu həllin mümkün olmadığı məqamda son sözü Azərbaycan ordusu deyəcək!

Nə düşünürsən?